Rusiya və Ukrayna arasında müharibədən yaranan ehtiraslar Avropada nifrət alovlandıranda, sülh üçün səslər silah səsləri ilə qarşılandıqda, bu, son dərəcə təhlükəlidir.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
"Müharibənin davam etdirilməsi və Rusiya üzərində qeyri-mümkün qələbənin vəziyyətdən yeganə mümkün çıxış yolu kimi təqdim edilməsi qəbuledilməzdir”, - R.Radev bildirib.