MİT Ankarada son dövrlərin ən əhatəli mübadilə əməliyyatını həyata keçirib və bu əməliyyatda 7 müxtəlif ölkənin həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsi aparılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mübadilə ABŞ-Rusiya-Almaniya arasında ən böyük girov mübadiləsi kimi tarixə düşüb.
ABŞ prezidenti Bayden tarixi mübadilə ilə bağlı açıqlama verib və Türkiyəyə təşəkkür edib.
“Çətin və mürəkkəb danışıqlarda yanımızda olan müttəfiqlərimiz Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyəyə minnətdaram”, - deyə Bayden bildirib.
Manşet.az