Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Varnavada başlayan və Attikanın müxtəlif bölgələrinə yayılan yanğınla əlaqədar Türkiyə Yunanıstana yardım təklif edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Hakan Fidan Afina rəhbərliyinə Türkiyənin Yunanıstana mehriban qonşuluq münasibətləri çərçivəsində yardım etməyə hazır olduğu mesajını verib.
Yunan tərəfi təklifi dəyərləndirəcəklərini və lazım gələrsə Türkiyədən dəstək istəyəcəklərini bildirib.
Fidan Əliyeva
Manşet.az