İndoneziyada 45 yaşlı Parlindunqan Sireqar 60 yaşlı qonşusu Asgim İriantonu öldürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Siregar taxta parçası ilə təqaüdçü zabit İriantoya hücum edib. İrianto qaçmağa çalışsa da, yıxılaraq xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, hücumun səbəbi İriantonun subay olduğuna görə daim Sireqarı ələ salaraq niyə evlənmədiyini soruşması olub.
Fidan Əliyeva
Manşet.az