Rusiya Mərkəzi Bankı ölkədə "American Express" bankının fəaliyyət lisenziyasını ləğv edib.
Manset.az bu barədə xarici mediaya istinadla məlumat verir.
Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla American Express-in könüllü ləğvinə icazə verib.
Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada "American Express"in könüllü ləğvetmə qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.
Fidan Əliyeva
Manşet.az