Rusiya ABŞ-nin bəzi rus vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq 92 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu şəxslərin arasında hərbçilərin, şirkət rəhbərlərinin, alimlərin və jurnalistlərin olduğu bildirilib.
Açıqlamada sanksiyalar siyahısının yenilənməsi istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.