Türkiyənin Dövlət Bankı "Ziraat" Rusiya valyutasında hesabların açılmasını dayandırıb.
Manset.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verir.
Problem Türkiyədə fəaliyyət göstərən rusiyalı iş adamlarına təsir edib.
Əvvəllər rubl hesabı açmaq üçün ölkədə yaşamaq icazəsi və ya iş/təhsil icazəsi tələb olunurdu. Bəzi özəl banklar bu xidməti indi depozit şərti ilə təklif edirlər.
Türkiyə ilə Rusiya arasında ticarət bank köçürmələri ilə bağlı problemlər səbəbindən dayana bilər. Türkiyəli analitik Engin Özer qeyd edib ki, bu, artıq ixracı çətinləşdirir və turizm sektoruna mənfi təsir göstərir.