Yeni geosiyasi qeyri-müəyyənliklər, iqlim hədəfləri və əhalinin artımı elektrik enerjisinə tələbatı artırdığı üçün İsveçrə uzunmüddətli perspektivdə yeni atom elektrik stansiyalarının tikintisinə açıq olduğunu açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, sözügedən qanun 2011-ci ildə Yaponiyada baş vermiş sunami nəticəsində yaranan Fukusima nüvə qəzasından sonra başlayan uzun bir proses nəticəsində ortaya çıxmışdı.
Ölkənin Energetika Nazirliyi ilin sonuna kimi nüvə enerjisi haqqında qanuna düzəlişlər təklif edəcək. Daha sonra təklif parlamentdə müzakirə olunmalı və ictimaiyyət referendumda səs verməli olacaq.