"Ordu ölkədən kənarda döyüşməyəcək" - Lukaşenko

18:50 - 29 Avqust 2024

\"Ordu ölkədən kənarda döyüşməyəcək\" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko yalnız ölkələrinə hücum olacağı təqdirdə döyüşəcəklərini və ordunun ölkəni tərk etməyəcəyini bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhəddə əsgər və texnika topladığını bildirib və sərhəd pozulacağı təqdirdə bütün hərbi hissə və obyektlərinin ordusunun hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.

Buna cavab olaraq Lukaşenko bildirib ki, onlar heç kimlə mübarizə aparmır. Lakin ölkələrinə hücüm olunarsa, döyüşə hazırdırlar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az