Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yerin 224 kilometr dərinliyində baş verdiyi açıqlanan zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilmir.
Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində , qonşu Tacikistan və Pakistanda da hiss olunub.
Qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.