Qərb ölkələri Ukraynanın qalib gəlməsini istəmir?

01:00 - 01 Sentyabr 2024

Qərb ölkələri Ukraynanın qalib gəlməsini istəmir?

Qərb ölkələri hələ də Ukraynanın döyüş meydanında qalib gəlməsini istəməyə qərar verməyiblər.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Pevkur bildirib ki, Qərb siyasətçiləri çox sadə bir sualla üzləşirlər:

"Biz Ukraynanın döyüşməsini istəyirik, yoxsa qalib gəlməsini? Məncə Ukraynanın qalib gəlməsi üçün bütün Qərb ölkələri Kiyevin ehtiyaclarına ÜDM-in ən azı 0,25%-ni ayırmaq üçün uzunmüddətli qərar qəbul etməlidirlər".

Qeyd edək ki, Estoniya və Ukrayna artıq təhlükəsizlik sazişi izmalayıb. Onun bir hissəsi olaraq, Estoniya hökuməti 2024-2027-ci illər ərzində Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in ən azı 0,25%-ni ayırmağı öhdəsinə götürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az