logo
logo logo
logo

Goranboyda fərdi yaşayış evi yanıb kül oldu

21:49 - 01 Oktyabr 2026

Goranboyda fərdi yaşayış evi yanıb kül oldu

Goranboy rayonunda fərdi yaşayış evində yanğın baş verib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. 

Yanğın kənd sakini, 1984-cü il təvəllüdlü Ş.Mehrəliyevə məxsus ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az