logo
logo logo
logo

İranda terror qruplaşmasına BASQIN - 6 nəfər zərərsizləşdirildi

17:23 - 01 Oktyabr 2026

İranda terror qruplaşmasına BASQIN - 6 nəfər zərərsizləşdirildi

İran təhlükəsizlik qüvvələri aksiya hazırlığında olduğu iddia edilən terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat zamanı 6 terrorçunu zərərsizləşdirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehran yaxınlığındakı Məncilabad bölgəsində aksiya hazırlığında olduğu iddia edilən terror qruplaşmasına qarşı əməliyyat keçirilib. 

İran mətbuatı əməliyyat zamanı partlayıcı maddələrin ələ keçirildiyini və bölgədə ərazinin təmizlənməsi əməliyyatlarının davam etdiyini bildirib.

İran hakimiyyəti ABŞ və İsraili ölkə daxilindəki müxalif qrupları silahlandırmaq və maliyyələşdirməklə ölkədə sabitliyi pozmağa çalışmaqda ittiham edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az