Cəlilabadda fərdi yaşayış evi yanıb.
Manset.az xəbər verir ki, yanğın hadisəsi rayonun Hamarqışlaq kəndində qeydə alınıb. Kənd sakini Rasim Əliyevə məxsus bir mərtəbəli fərdi yaşayış evində baş verən yanğın bir anda ətrafa yayılıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın lokallaşdırılıb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, evdən heç bir əşya çıxartmaq mümkün olmayıb.
Araşdırma aparılır.
Nuranə Alisoy