logo
logo logo
logo

"Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik"

22:43 - 01 Oktyabr 2026

\"Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik\"

Lixtenşteyn millisi Azərbaycan yığması ilə heç-heçə etdiyi üçün çox sevinir.

"Report"un məlumatına görə, bu barədə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıdakı mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:

"AFFA-ya təşəkkür edirəm. İlk dəfə Bakıya gəlirdim. Bizim üçün yaxşı şərait yaratmışdılar. Qonaqpərvərliyinizlə tanış olduq. Bunun üçün minnətdaram. 40 min əhalimiz var. Bu matçdan əvvəl favorit deyildik. Amma yaxşı hazırlaşmışdıq. Heç-heçəyə görə çox sevinirik".

Baş məşqçi müdafiədə yaxşı çıxış etdiklərini sözlərinə əlavə edib:

"Qazandığımız hər xala sevinirik. Bizim də şanslarımız oldu. Özümüzü inkişaf etdirməli və daha yaxşı oynamalıyıq. Son üç oyunumuzdan razıyam. Qarşıdakı matçlara köklənəcəyik və əlimizdən gələni edəcəyik. Biz peşəkar komanda deyilik. Komandamızın planı var. Peşəkar futbolçumuz azdır. Əksəriyyəti digər sahələrdə çalışırlar".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az