Rusiyada helikopter qəzaya uğradı - 22 nəfər öldü

13:15 - 01 Sentyabr 2024

Rusiyada helikopter qəzaya uğradı - 22 nəfər öldü

Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

***

Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az