Fransada keçmiş Baş nazir prezidentliyə namizəd olacaq

11:39 - 04 Sentyabr 2024

Fransada keçmiş Baş nazir prezidentliyə namizəd olacaq

Fransanın keçmiş Baş naziri Eduard Filip prezidentliyə namizədliyini irəli sürəcək.

 

Manset.az xəbər verir ki, bu barədə o, "Le Point"-ə müsahibəsində məlumat verib.

“Namizədliyimi növbəti prezident seçkilərində irəli sürəcəyəm”,- o bildirib.

Qeyd edək ki, Eduard Filip Fransada 2017-2020-ci illərdə Baş nazir vəzifəsini icra edib.

Xatırladaq ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ilin aprelində keçiriləcək.

Konstitusiyanın 6-cı maddəsinə əsasən, prezident ardıcıl üçüncü dəfə seçilə bilməz, ona görə də hazırkı dövlət başçısı Emmanuel Makron namizədliyini irəli sürə bilməyəcək. 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az