Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələ Olxon bölgəsində, Baykal gölünün sularında, Buquldeyka yaşayış məntəqəsindən 25 kilometr aralıda baş verib.
Zəlzələnin episentrində intensivlik 5.8 bal olub.