"Sabah"ın U-18 komandası uduzdu

22:14 - 10 Aprel 2026

\"Sabah\"ın U-18 komandası uduzdu

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxıb.

Serbiya təmsilçisi "Borats"la qarşılaşan "bayquşlar" 60:67 hesabı ilə uduzublar. Qarşılaşma Bosniya və Herseqovinada reallaşıb.

Xatırladaq ki, "Sabah"ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az