Rusiya Federasiyasında güclü partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladikavkazda yerləşən fişəng anbarında partlayış olduğunu açıqlayıb.
Partlayış nəticəsində alovlar təxminən 800 kvadrat metr sahəyə yayılıb.
Hadisə yerinə yanğınsöndürənlər göndərilib, partlayışda 1 nəfər həyatını itirib, 1-i uşaq olmaqla 10-dan çox nəfər yaralanıb.