Daha bir ölkədə zəlzələ oldu

21:33 - 22 Sentyabr 2024

Daha bir ölkədə zəlzələ oldu

Bosniya və Herseqovinada 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serb Respublikasının Hidrometeorologiya İnstitutunun Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanın episentri Tesliç bələdiyyəsindən 18 kilometr aralıdakı Donyi Oçauşda olub. Zəlzələnin köhnə və az tikilmiş binalara cüzi ziyan vurduğu bildirilib. Yeraltı təkan episentral zonada güclü hiss edilib.

İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az