Dünya şöhrətli müğənni Lana Del Rey tur bələdçisi sevgilisi Ceremi Düfren ilə evlənib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təxminən bir ay əvvəl sevgili olduqları ortaya çıxan Lana Del Rey və Ceremi Düfren Luiziana ştatının Des Allemandes körfəzində evləniblər.
Məlumata görə, cütlük az sayda insanın iştirak etdiyi sadə toy mərasimi keçirib.
Bu, ötən il musiqiçi Evan Vinikerlə nişanlanan, lakin sonra ayrılan Lana Del Reyin ilk evliliyidir.
- Qeyd edək ki, Lana Del Reydən əvvəl evli olan Ceremi Düfrenin 3 övladı var.

