Zelenski ilə Tramp arasında görüş keçirilir

18:36 - 27 Sentyabr 2024

Zelenski ilə Tramp arasında görüş keçirilir

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, onlar danışıqları "Trump Tower"də aparacaqlar.

D.Tramp ukraynalı həmkarı ilə Rusiya ilə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirib.

“Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümün və dağıntıların qabağını almalıyıq”, - eks-prezident qeyd edib.

Öz növbəsində, V.Zelenski Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində D.Trampla baxışlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az