Daşqınlar 3 nəfərin ölümünə səbəb oldu

16:38 - 14 Oktyabr 2024

Daşqınlar 3 nəfərin ölümünə səbəb oldu

Şri-Lankada güclü yağışlar nəticəsində yaranan daşqınlar 3 sakininin həyatına son qoyub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daşqınların təsirini 134 mindən çox insan hiss edib. Xüsusilə pis hava şəraiti 7 minə yaxın insanı evlərini tərk etməyə məcbur edib.

Əlverişsiz hava şəraiti daşqınlara, ağacların aşmasına və 240 evə ziyan vurub. Bəzi ərazilərdə suyun səviyyəsi evlərin damına çatıb.

Hazırda xilasetmə əməliyyatları davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az