İranın hücumu İsrailin büdcəsinə nə qədər ziyan vurub?

16:39 - 15 Oktyabr 2024

İranın hücumu İsrailin büdcəsinə nə qədər ziyan vurub?

İsrailin məlumatları İranın oktyabrın 1-də atdığı raket hücumunda yüzlərlə strukturun zədələndiyini göstərir.

 

Manset.az bu barədə İsrailin "Jerusalem Post" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, hücum 40-53 milyon dollar (68-90 milyon manat) arasında ziyana səbəb olub.

Bu məbləğ 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı müharibə başlayandan bəri İsrailin verdiyi ən böyük itki kimi qeydə alınıb.

1 oktyabr hücumundan sonrakı iki həftə ərzində təxminən 2500 tələb irəli sürülüb.

İddiaların yarısından çoxu Təl-Əvivin şimalındakı mənzillərə və bizneslərə dəyən ziyanla bağlı idi. Zərərlərin qalan hissəsi İsrailin mərkəzində, Təl-Əvivin cənubunda, məktəblər də daxil olmaqla, digər ərazilərdə cəmləşib.

Qeyd edək ki, raketlərin ələ keçirildiyi zaman dağıntıların düşməsinin nə qədər zərər verdiyi hələlik açıqlanmır.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az