ABŞ İran -İsrail gərginliyində İsrailin yanında olacağını bir daha bəyan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ağ Evin sözçüsü Jean-Pierre gündəlik mətbuat brifinqində İranın yaxın gələcəkdə İsrailə cavab verib-verməyəcəyi ilə bağlı gündəmi dəyərləndirib.
"İran İsrailin qisasına cavab verməməlidir, bunu etməməlidir. Əgər cavab vermək istəsələr, biz İsrailin özünümüdafiəsini dəstəkləyəcəyik", - o bildirib.
