Çinin cənubunda təsirli olan “Trami” qasırğasının yaratdığı sel fəlakətində 7 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə itkin düşdüyü bildirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət fövqəladə hallar idarəsindən verilən açıqlamada yağışların yaratdığı seldə 7 nəfərin həyatını itirdiyi, itkin düşən şəxsin axtarışlarının davam etdirildiyi bildirilib. Qasırğanın ən çox zərər çəkdiyi Qionghai şəhərində hava və quru əməliyyatlarında 156 nəfərin xilas edildiyi bildirilib.