Qatar stansiyası çökdü - 8 nəfər həlak oldu

14:10 - 01 Noyabr 2024

Qatar stansiyası çökdü - 8 nəfər həlak oldu

Serbiyanın Novi Sad şəhərində qatar stansiyasında fasadın uçması nəticəsində 8 nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə Danas portalı məlumat yayıb .

“Daxili işlər naziri İvitsa Daçiç Novi Saddakı dəmiryol vağzalında dağıntılar altından səkkiz nəfərin cəsədinin çıxarıldığını, ikisinin xəstəxanada olduğunu bildirib”.

Xilasedicilərin hələ də dağıntılar altında qalan bir qadın və 14 yaşlı qızı çıxarmağa çalışdığı da məlumdur. Bundan başqa, insident nəticəsində 30 nəfərin yaralandığı məlumdur.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az