ABŞ Prezidenti Co Bayden yeni seçilmiş prezident Donald Trampa zəng edərək onu seçkidə qələbəsi münasibətilə təbrik edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ağ Evdən verilən açıqlamada Baydenin Trampı seçki qələbəsi münasibətilə təbrik etdiyi və keçid prosesini müzakirə etmək üçün Ağ Evə dəvət etdiyi bildirilib. Ağ Ev dəvətin tarixinin hələ dəqiq olmadığını və Baydenin sabah xalqa müraciət etməyi planlaşdırdığını bildirib.