Yarış zamanı idmançılar toqquşub, tamaşaçılara çırpıldı

12:39 - 08 Dekabr 2024

Yarış zamanı idmançılar toqquşub, tamaşaçılara çırpıldı

İngiltərənin paytaxtı Londonda trek velosipedi üzrə Çempionlar Liqasının V mərhələsində yarış iştirakçıları bir-biri ilə toqquşaraq tribunadakı tamaşaçılara çırpılıblar.

 

Manset.az "Eurosport"a istinadən xəbər verir ki, hadisə zamanı ingiltərəli Keti Marçant və almaniyalı Alessa Pryopsert qəza törədiblər.

Hadisədən sonra iki velosipedçi ilə yanaşı dörd tamaşaçıya da tibbi yardım göstərilib.

Yarış qaldığı yerdən davam edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az