Qırğızstan Prezidenti Baş naziri vəzifəsindən azad etdi

10:17 - 16 Dekabr 2024

Qırğızstan Prezidenti Baş naziri vəzifəsindən azad etdi

Qırğızstan Prezidenti Sadır Japarov Akılbek Japarovun respublikanın Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.



Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızstan dövlət başçısının Mətbuat Xidmətindən məlumat verilib.

“Qırğızstan Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Baş nazirin birinci müavini Adılbek Kasıməliyev Nazirlər Kabinetinin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Qanunvericiliyə uyğun olaraq, respublikanın Nazirlər Kabineti  fəaliyyətini davam etdirəcək.

Akılbek Japarov 2021-ci ilin oktyabrından Qırğızstan hökumətinə rəhbərlik edib. Üç il ərzində respublikanın ÜDM-i təxminən iki dəfə artmışdır. Baş nazir Japarovun dövründə ölkədə bir sıra iri iqtisadi layihələr həyata keçirilib. O cümlədən, Özbəkistan tərəfinin dəstəyi ilə minik və yük avtomobillərinin yığılması zavodu açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az