Rusiyada Zabaykal dəmir yolunda iki yük qatarının toqquşması nəticəsində hərəkət tamamilə dayandırılıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki,, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə 22 dekabr yerli vaxtla saat 07:30 radələrində, Zabaykal dəmir yolunun Buşuley-Jireken hissəsində baş verib.
Toqquşma nəticəsində birinci qatardan 35, ikinci qatardan isə 7 kömür yüklü vaqon relsdən çıxıb. Hadisə yerinə bərpa qatarı göndərilib.
İnsident zamanı xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur.
Hərəkət hər iki istiqamətdə tamamilə dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.
❗В Забайкалье столкнулись два грузовых поезда
— Вот Так (@vottak_tv) December 22, 2024
В результате аварии с рельсов сошли 42 вагона. Никто не пострадал. Движение на Транссибе приостановлено в обоих направлениях. pic.twitter.com/S94mLprUIf