ABŞ Prezidenti Co Bayden 40 federal məhbusdan 37-nin edamını ləğv edib və onların cəzasını ömürlük həbslə əvəz edib.
Manset.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
“Bu gün Prezident Bayden federal ölüm hökmündə olan 37 nəfərin cəzasını yüngülləşdirdiyini açıqlayıb. Bu şəxslərin cəzaları azadlığa buraxılmamaq şərti ilə ömürlük həbslə əvəzlənəcək”, – nəşr Ağ Evin nümayəndələrinin sözlərindən sitat gətirir.