"Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın sabah Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində videobağlantı vasitəsilə iştirak edəcəyinə ümid edir".
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan bu gün Peterburqda keçiriləcək MDB sammitində iştirak etməyəcəyini açıqlayıb.