Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 174 nəfərə çatıb.
Manset.az bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətlərinə istinadən məlumat yayıb.
Təyyarənin göyərtəsində 181 nəfər - 175 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən 173-ü Cənubi Koreya, daha 2 isə Tailand vətəndaşıdır.
Məlumata görə, yalnız 2 nəfər sağ qalıb, sağ qalanlardan biri ekipaj üzvü, digəri isə sərnişindir.