Kanadada sərnişin təyyarəsi eniş zamanı yandı - VİDEO

14:05 - 29 Dekabr 2024

Kanadada sərnişin təyyarəsi eniş zamanı yandı - VİDEO

Dekabrın 28-i axşam saatlarında (Bakı vaxtı ilə dekabrın 29-da səhər) Sent Consdan uçan "Air Canada" aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifax hava limanına qəza enişi edib.

 

Manset.az xarici mediaya istinadən bildirir ki, eniş zamanı təyyarənin sol şassisi qırılıb, qanad uçuş-enmə zolağına çırpılıb və nəticədə sol mühərrikdə yanğın baş verib. Təyyarədə 80-ə yaxın insan olub və onlar uğurla təxliyə edilib. Ölən və yaralananlar olmayıb.

Sərnişinlərdən biri bildirib ki, yanğından əvvəl o, yüksək səs eşidib, sonra salona tüstü girməyə başlayıb. Hava limanı müvəqqəti bağlanıb, hadisənin səbəbləri araşdırılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az