Yeni il üçün evi bəzəyən qadın binadan yıxılıb öldü

11:38 - 30 Dekabr 2024

Yeni il üçün evi bəzəyən qadın binadan yıxılıb öldü

Rusiyanın Murmansk şəhərində iki azyaşlı uşaq anası yeni il üçün evi bəzəyərək eyvana bayram çələngi asmaq istəyərkən eyvandan yıxılaraq ölüb.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, iş qadını olan Yana Kirilçuk qarşıdan gələn Yeni il bayramı üçün mənzilini bəzəmək üçün 4-cü mərtəbədəki eyvana çələng yapışdırmaq istəyərkən yıxılıb. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd olunur ki, mərhumun əri Yevgeni Kirilçuk arvadının ölümünə qəribə reaksiya verib. Bu, ailə dostları arasında Yananın ölümünün qeyri-müəyyən şərtləri ilə bağlı şayiələrə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az