Efiopiyanın Sidama ştatında sərnişin daşıyan yük maşınının çaya düşməsi nəticəsində 71 nəfər ölüb.
Manset.az Al Jazeera-yə istinadən xəbər verir ki, bu barədə Efiopiya regional kommunikasiya bürosunun bəyanatında bildirilib.
Məlumata görə, hadisə Sidama ştatında, ölkənin paytaxtı Əddis-Əbəbədən təxminən 300 km cənubda baş verib.
Bildirilib ki, 68 kişi və 3 qadın həlak olub. Beş nəfərin vəziyyəti ağırdır.
Qeyd olunub ki, qəza zamanı yük maşınında olan sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.