İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirildi

16:00 - 03 Yanvar 2025

İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirildi

Türkiyə Ordusu İraq və Suriyanın şimalında 9 terrorçunu zərərsizləşdirib.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində, Suriyanın şimalında isə Barış Pınarı və Münbiç bölgələrində, ümumilikdə, 9 terrorçu zərərsizləşdirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Pençe-Kilit”dəki 4 PKK terrorçusunun, Barış Pınarı və Münbiç bölgələrində isə 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az