Tramp Çindən trilyonlarla dollar təzminat istəyəcək - SƏBƏB

00:30 - 04 Yanvar 2025

Tramp Çindən trilyonlarla dollar təzminat istəyəcək - SƏBƏB

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp koronavirusa görə Çindən trilyonlarla təzminat tələb edəcək.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü, Krit Universitetinin Aİ institutlarının professoru Notis Marias deyib.

“Mən güman edirəm ki, Tramp ABŞ və ümumilikdə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, eləcə də Rusiya hökumətinin 300 milyard dollardan çox vəsaitinin dondurulması “nailiyyətlərindən” istifadə edərək, çəkinmədən Çindən koronavirusdan dəymiş ziyana görə təzminat tələb edəcək” deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ konqresmenləri koronavirusun laboratoriya mənşəyini açıqlayıb və Çini günahlandırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az