Bayden qədim ABŞ şirkətini yaponlara satmaqdan imtina etdi

22:35 - 03 Yanvar 2025

Bayden qədim ABŞ şirkətini yaponlara satmaqdan imtina etdi

ABŞ Prezidenti Co Bayden ölkənin ən qədim poladəritmə şirkəti olan "U.S. Steel"i Yaponiyanın "Nippon Steel" şirkətinə satmaqdan imtina edib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Bayden izah edib ki, bu sövdələşmə ABŞ-nin ən böyük şirkətlərindən biri üzərində xarici nəzarətə gətirib çıxaracaq, milli təhlükəsizlik və təchizat zəncirlərinə təhdid yaradacaq.

O qeyd edib ki, xarici şirkətlər dünya bazarlarına poladı süni aşağı qiymətlərlə çıxarırlar ki, bu da ABŞ-də iş yerlərinin itirilməsinə və zavodların bağlanmasına səbəb olur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az