ABŞ-də 500-dən çox heyvan tüstüdən tələf oldu - Fotolar

23:10 - 04 Yanvar 2025

ABŞ-də 500-dən çox heyvan tüstüdən tələf oldu - Fotolar

ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağazada olan 579 heyvan tələf olub.

 

Manset.az “The Guardian”a istinadən xəbər verir ki, ölən heyvanlardan çoxu tüstüdən zəhərlənib.

“Ölən heyvanların arasında əsasən kiçik quşlar, toyuqlar, iki it və iki pişik olub”,- məlumatda qeyd edilib.

Yanğının söndürülməsinə təxminən 2 saat vaxt sərf edilib.

Həmçinin, bildirilib ki, birmərtəbəli ticarət mərkəzinin strukturuna ciddi ziyan dəyib, dam örtüyü qismən çöküb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az