"Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır" - Kreml

17:20 - 05 Yanvar 2025

\"Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır\" - Kreml

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Olaf Şolts və ya ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.

 

Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Almaniya Bundestaqının deputatı Roderix Kizevetterin bəyanatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az