Suriya və İraqın şimalında 36 terrorçu zərərsizləşdirildi

21:20 - 05 Yanvar 2025

Suriya və İraqın şimalında 36 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu Suriya və İraqın şimalında 36 terrorçunu zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında müəyyən edilən 32 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Harada olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az