"Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək" - Paşinyan

23:00 - 25 Yanvar 2025

\"Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək\" - Paşinyan

Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.

 

Manset.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq", - baş nazir bildirib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az