"HƏMAS atəşkəs razılaşmasını pozub" - İsrail

17:20 - 26 Yanvar 2025

\"HƏMAS atəşkəs razılaşmasını pozub\" - İsrail

İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.

 

Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.

 

Xatırladaq ki, bundan əvvəl HƏMAS atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.

 

Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az