Yunanıstan sahilində zəlzələ

21:37 - 30 Yanvar 2025

Yunanıstan sahilində zəlzələ

Yunanıstan sahilində 4,4 maqnitudalı zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bunu Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri paytaxt Afina yaxınlığındakı Peristerion şəhərindən 51 km şimal-şərqdə olub. Yerli vaxtla 17:55-də (Bakı vaxtı ilə 19:55-də) qeydə alınmış zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az