"Növbəti böyük beynəlxalq məsələ İran olacaq" - Tramp

23:50 - 07 Mart 2025

\"Növbəti böyük beynəlxalq məsələ İran olacaq\" - Tramp

Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur", - o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az