Əfsanəvi Hollivud aktrisası Arlin Dal vəfat edib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun oğlu Lorenso Lamas Feysbuk səhifəsində məlumat verib. O, 87 yaşında dünyasını dəyişən anasının ölüm səbəbini isə açıqlamayıb.
Qeyd edək ki, 1950-ci illərdə ulduzu parlayan aktrisa "Yerin mərkəzinə səyahət" filmi ilə məşhurlaşıb. Bundan əlavə, A.Dal “Tanrının terroru”, “Cinayət məkanı”, “Sanqari”, “Üç balaca söz” kimi məşhur filmlərdə də rol alıb.