Elon Musk öz şəhərini qurdu - Yeni ad xəritədədir

16:32 - 05 May 2025

Elon Musk öz şəhərini qurdu - Yeni ad xəritədədir

Milyarder Elon Musk-ın təşəbbüsü ilə SpaceX şirkətinin buraxılış meydançasının yerləşdiyi Texas ştatındakı ərazinin adı rəsmi olaraq “Starbase” (Ulduz Bazası) olaraq dəyişdirilib.

Cameron dairəsində keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyini dəstəkləyib, cəmi 6 nəfər əleyhinə səs verib. Yeni adın rəsmi təsdiqindən sonra Starbase Texasın bələdiyyə şəhərləri siyahısına daxil ediləcək.

Şəhərin X (Twitter) platformasında yayımlanan açıqlamasında bildirilib:
“Bu addım kosmosda bəşəriyyətin gələcəyi üçün çalışan insanlar üçün ideal bir icma yaratmaq məqsədi daşıyır.”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv